"Qəbələ" iki itki ilə hazırlaşır

"Qəbələ" iki itki ilə hazırlaşır
Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində "Neftçi"nin qonağı olacaq "Qəbələ" matçın hazırlıqlarını paytaxtda davam etdirir. Fanat.az xəbər verir ki, ötən turdan sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı"nın təlim-məşq bazasında meydançaya çıxıb. 
Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Kosta qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. 
"Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı "Bakcell Arena"da saat 17.00-da keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər