"Qəbələ" "İnter"lə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin bu matçda iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Nikola Valentiç və İbrahima Niasse qarşılaşmanı kənardan izləyəcək. Hər iki oyunçu zədə səbəbindən meydana çıxmayacaq.
Fanat.az