"Qəbələ" müqaviləsi başa çatan daha bir futbolçuya yeni anlaşma təklif edib. Fanat.az xəbər verir ki, bölgə klubu İbrahim Niasseni heyətində saxlamaq istəyir.
Seneqallı yarımmüdafiəçi özü də "Qəbələ"də qalmağın tərəfdarıdı. O, böyük ehtimalla yaxın günlərdə bir illik anlaşmanı imzalayacaq.
Qeyd edək ki, Niasse yayda "İnter"dən "Qəbələ"yə keçib. O, bölgə klubunun heyətində 35 oyun keçirib və 1 qol vurub.
Fanat.az