"Qəbələ" I divizion təmsilçisinə qarşı

"Qəbələ" I divizion təmsilçisinə qarşı

Hollandiya toplanışının ardından paytaxtda bir araya gələn "Qəbələ" "Bakı" Futbol Klubunun təlim-məşq bazasında növbəti mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı çempionatın startı öncəsi daha bir sınaq oyununda qüvvəsini sınayacaq. 

Sabah keçirilməsi planlaşdırılan qarşılaşmada "qırmızı-qaralar" I divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək. Matç "Bakı" Futbol Klubunun təlim-məşq bazasında saat 18:00-da start götürəcək. 

Bu gün saat 19:00-da Bakıdakı son məşqinə çıxacaq Dorinel Muntyanunun yteirmələri avqustun 3-də Qəbələyə yollanacaqlar. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər