"Qəbələ" gözünü "qızıl"dan rəsmən çəkdi

"Qəbələ" gözünü "qızıl"dan rəsmən çəkdi

Az öncə başa çatan görüşdə səfərdə “Qəbələ” ilə 0:0 hesablı bərabərliyə razılaşan AZAL- məğlubiyyətlər seriyasını başa çatdırdı. Fanat.az xəbər verir ki, şüvəlanlılar ardıcıl 6 yenilgininardındanxal qazanıb. Bu Vaqif Sadıqovun yerini tutan Tərlan Əhmədovun “təyyarəçilər”in baş məşqçisi postunda ilk xalıdı.

Sonuncu dəfə Topaz Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la oyununda 1 xal qazanan (2:2) Şüvəlan təmsilçisi fevralın 23-dəki bərabərlikdən sonra məğlubiyyətləri sıralayırdı

“Qırmızı-qaralar”a rəqib meydanında boyun əyməyən AZAL bu nəticə ilə Yuri Syominin komandasının çempionluq şanslarını da rəsmən bitirdi.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər