"Qəbələ" gürcü klubu ilə bacarmadı

"Qəbələ" gürcü klubu ilə bacarmadı

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası qonşu ölkədə üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Luis Araqonun yetirmələri "VİT Corciya" ilə qarşılaşıb. Matçdan öncə İspaniyada baş vermiş dəhşətli qatar qəzasında həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşma gürcülərin üstünlüyü ilə başlayıb. Bu üstünlüyü sona qədər qoruyan "VİT Corciya"matçı 4:0 qalib tamamlayıb. Komandamız toplanış çərçivəsində son oyununu bu gün keçirəcək. "Qəbələ" "Spartak"la (Tiflis) üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər