"Qəbələ" getdi

"Qəbələ" getdi

"Qəbələ" ölkəni tərk edib. Fanat.az xəbər verir ki, bölgə klubu təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanıb.

"Qəbələ" yanvarın 27-dək davam edəcək toplanış çərçivəsində Antalyanın Bələk qəsəbəsindəki "Gloria Serenity" otelində məskunlaşacaq.  Baş məşqçi Yuri Syominin qərarı ilə əvəzedici heyətdən müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimov da Türkiyəyə aparılıb.

Qeyd edək ki, "Qəbələ" Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Yanvarın 13-də "Tobol"la (Qazaxıstan), 3 gün sonra "Konyaspor"la (Türkiyə) qarşılaşacaq təmsilçisi ayın 20-də "Spartak"la (Qazaxıstan), 22-də "Volqa" (Rusiya) ilə üz-üzə gələcək. "Qəbələ"nin yanvarın 10-u və 25-də keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ bəlli deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər