"Qəbələ" futbolçu seçəcək

"Qəbələ" futbolçu seçəcək
“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir. Fanat.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda 7-9 iyun tarixlərində 1996-2005-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. 
Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 070 693 10 70
Seçim tarixləri:
Qəbələ Şəhər Stadionu
7 iyun - 1996, 1997, 1998, 1999-cu il təvəllüdlü futbolçular
8 iyun - 2000, 2001, 2002-ci il təvəllüdlü futbolçular
9 iyun - 2003, 2004, 2005-ci il təvəllüdlü futbolçular
Seçimlər hər gün saat 10.00-da başlayacaq. 
 
Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. İlk mərhələni uğurla adlayan yeniyetmələr final mərhələsində bir daha bacarıqlarını nümayiş etdirəcəklər. Final seçimləri barədə ilk mərhələni adlayan futbolçulara yerində məlumat veriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər