"Qəbələ" və Aleksandr Çertoqanov arasındakı problem həll olunub. Fanat.az xəbər verir ki, bölgə klubu millimizin sabiq üzvünə olan borcunu ödəməyə razılıq verib.
Belə ki, Çertoqanov "Qəbələ"nin ona 10 min manat borclu olduğunu iddia etsə də, klub rəhbərliyi bununla razılaşmırdı. Öncə AFFA-nın qapısını döyən futbolçu ardınca UEFA-ya şikayət etməyə hazırlaşırdı. Vəziyyətin ciddiləşdiyini görən "Qəbələ" rəhbərliyi pulu ödəmək qərarına gəlib.
Qeyd edək ki, Çertoqanov 2011-2013-cü illərdə "Qəbələ"də çıxış edib. Bu müddətdə komandada 52 oyun keçirən yarımmüdafiəçi 3 qola imza atıb.
Fanat.az