"Qəbələ"nin əvəzedici komandası 2013/14 mövsümünü medalla başa vuracaq. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi XXXIV turda özü üçün ən azı bürünc medalları təmin edib.
"Bakı"nı 1:0 hesabı ilə yenən "Qəbələ" xal hesabını 58-ə çatdırıb. Son 2 tur qalmış Luis Araqonun yetirmələri xal hesabını 58-ə çatdırıb. İndi "Qəbələ" 4-cü pillədə qərarlaşmış "Xəzər Lənkəran"ı 8 xal qabaqlayır. Bu isə 3-cü yerdəki "Simurq"dan 3 xal qabaqda olan komandanın mövsümü ən azı bürünc medallarla bitirəcəyi deməkdi.
Qeyd edək ki, "İnter" XXXII turda çempionluğu təmin edib.
Fanat.az