"Qəbələ" ilə bağlı çox maraqlı bir məlumat yayılıb. Fanat.az xəbər verir ki, bu mövsüm çempionluğu hədəfləyən, ən azından avrokuboklara vəsiqə qazanmağı qarşısına məqsəd qoyan və bunun üçün qış transferlərinə də yaxşı pul xərcləməyi düşünən klub "Krılya Sovetov"da forma geyinən həmyerlimiz Emin Mahmudova elçi düşüb.
Deyilənə görə, baş məşqçi Yuri Syomin də Eminin oyununu bəyənir və onu komandasnda görmək istəyir. Son 3 turu çıxsaq, Mahmudov "Krılya Sovetov"da oynamaq şansı qazanmayıb. Onun müqavilə ilə məxsus olduğu "Spartak"a qayıdışı da göğzlənilmir. Çünki Moskva klubunun gələcək planlarında Eminə yer yoxdu.
Üstəlik, həmyerlimiz artıq əvvəllki kimi nəinki Rusiyanın əsas millisinə, heç olimpiya millisinə də dəvət almır. Bütün bunlardan yararlanmaq istəyən Qəbələ təmsilçisi Mahmudovun meneceri ilə əlaqə saxlayıb yaxş şərtlər altında ona "Qəbələ"də oynamağı təklif ediblər. Ancaq meneceri razı olsa belə, Rusiyadan ayrılmağı düşünməyən Eminin bu təklifə müsbət yanaşacağı ağlabatan deyil.
rekord.az