"Qəbələ" Marat İzmaylovun icarəyə götürülməsi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə danışıqlara başlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danışıqların gedişatı ilə bağlı mətbuata məlumat veriləcək.
Qeyd edək ki, Moskva "Lokomotiv"inin yetirməsi olan İzmaylov 2000-ci ildə klubun B (18 oyun, 1 qol), 2001-2007-ci ilərdə A (124 oyun, 20 qol) komandalarında çıxış edib. 2007/08 mövsümündə Portuqaliya "Sportinq"inə icarəyə verilən Marat (23 oyun, 4 qol) 2008-ci ildə bu komandaya transfer olunub və 2013-ədək çıxış edib (90 oyun, 11 qol). 31 yaşlı yarımmüdafiəçi ötən il transfer olunduğu "Portu"da 16 oyun keçirib və 1 qol vurub.
2001-ci ildən Rusiya millisinə dəvət alan Maraq 35 oyunda meydana çıxıb. O, karyerası ərzində Rusiya çempionluğunu (2002, 2004), Superkubokunu (2003, 2005), "Birlik Kuboku"nu (2005), Portuqaliya Kubokunu (2008), Superkubokunu (2007, 2008) qazanıb, Portuqaliya çempionatının qızıl (2012/13) və gümüş medallarına sahib çıxıb (2007/08, 2008/09).
"Transfermarkt" ona 3.5 milyon avro qiymət qoyub.
Fanat.az