"Qəbələ" Antalyaya tam heyətlə gedə bilməyəcək. Fanat.az xəbər verir ki, komandanın qapıçısı Dieqo Kosta hazırlıq prosesinə qatılmayacaq.
Buna səbəb braziliyalı qolkiperin zədəsidi. Məşqdə zədə aldıqdan sonra müalicə olunmaq üçün vətəninə yollanan Dieqo Rio-de-Janeyrodadı. O, məşqlərə yanvarın sonunda başlayacaq və bu səbəbdən komandanın Antalya toplanışına qatılmayacaq.
Bunu nəzərə alan "Qəbələ" braziliyalı qolkiperlə yollarını ayırmaq istəyir. Artıq Yuri Syomin onun yerini tutacaq qapıçını da müəyyənləşdirib. Rusiyalı mütəxəssis Dieqonun yerinə "İnter"dən Səlahət Ağayevin transferini istəyib. Bank klubunda Georgi Lomayanın əvəzedicisi olan millinin qapıçısı da "Qəbələ"yə keçməyin tərəfdarıdı. Yayılan məlumatlara görə, Ağayev artıq bölgə klubu ilə anlaşıb.
Qeyd edək ki, Dieqo 2012-ci ildə transfer olunduğu "Qəbələ"də 27 oyun keçirib. Səlahət isə "İnter"in heyətində cari mövsümdə 10 oyuna çıxıb.
Fanat.az