Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" ikinci matçda Danimarkanın "Koqe" (U-15) kollektivi ilə qarşılaşıb.
Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.
Qeyd edək ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç "sülh"lə bitmişdi - 4:4. "Qəbələ" növbəti sınaq oyununda (17 fevral) Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.az