"Qəbələ" daha bir transfer etdi

"Qəbələ" daha bir transfer etdi
Antalyada mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qəbələ" sıralarını daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Tacikistan yığmasının üzvü Davron Erqaşev mövsümün sonunadək "qırmızı-qaralar"ın şərəfini qoruyacaq. 
Qeyd edək ki, Erqaşev ötən ildən çıxış etdiyi Qazaxıstanın "Zetisu" klubunda 28 oyun keçirib və 1 qol vurub. 25 yaşlı arxa xətt oyunçusu əvvəllər vətənində "Reqar-TadAZ" və "İstiqlal" klublarının formasını geyinib. O, 2008-ci ildən dəvət aldığı Tacikistan klubunun heyətində 30 oyun 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər