"Qəbələ" daha bir aparıcı üzvünü itirdi

"Qəbələ" daha bir aparıcı üzvünü itirdi
"Qəbələ" daha bir futbolçusunun xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, Omar Kalabane sıradan çıxıb.
Qvineya milli komandasının kapitanı Türkiyədə əməliyyat olunub. Mərkəz müdafiəçisi 3 həftədən sonra fərdi məşqlərə başlayacaq. Bu isə onun "Qəbələ"yə qış fasiləsindən sonra kömək edə biləcəyi deməkdi.
Qeyd edək ki, hazırda zədə səbəbindən Rail Məlikovla Ürfan Abbasov "Qəbələ"yə kömək edə bilmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər