"Qəbələ"nin uğursuz seriyası başa çatıb. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılıq etdiyi komanda uzun fasilədən sonra qələbə qazanıb.
Belə ki, "Qəbələ" sonuncu dəfə fevralın 19-na təsadüf edən XXII turun AZAL-la matçında 2:1 hesablı qələbəyə sevinmişdi. Bundan sonra baş tutan 8 oyunda komanda 4 heç-heçə etmiş və 4 dəfə məğlub olmuşdu. Syominin başçılıq etdiyi komanda bu gün "Rəvan"ı məğlub edərək (2:1) uğursuz seriyaya son qoyub. "Qəbələ" azarkeşləri bu qələbəni düz 60 gün gözləməli olub.
"Qəbələ"nin uğursuz seriyası
XXIII tur: Qəbələ - Rəvan 0:0
XXIV tur: Simurq - Qəbələ 0:0
XXV tur: Qəbələ - Neftçi 1:2
XXVI tur: Bakı - Qəbələ 1:1
XXVII tur: Qəbələ - İnter 1:4
XXVIII tur: Qarabağ - Qəbələ 3:0
XXIX tur: Xəzər Lənkəran - Qəbələ 1:0
XXX tur: Qəbələ - AZAL 0:0
Fanat.az