"Qəbələ"nin 17 yaşadək futbolçularından ibarət komandasının dekabrın 15-dən 21-dək Braziliyada keçiriləcək "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edəcəyi barədə məlumat vermişdik. Yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunacaq. "Qəbələ" səfərə dekabrın 12-də Bakı-İstanbul-Sao Paolo-Londrina reysi ilə çıxacaq. Turnirə 2 gün əvvəldən getməkdə məqsəd yerli mühitə uyğunlaşmaqdır
Fanat.az xəbər verir ki, Qəbələ Futbol Akademiyasının direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv Cənubi Amerikaya bu futbolçu heyəti ilə yola düşür:
Qapıçılar: 1. Turxan Həsənov, 2. Elnur Orucov, 3. Toğrul Məhəmmədbəyli.
Müdafiəçilər: 4. Bəhlul Mustafazadə, 5. Çingiz Hüseynov, 6. Sahil Mirzəyev, 7. Ayxan Əsədov, 8. Mirəli Məmmədzadə, 9. Yusif Nəbiyev, 10. Elmiz İsmayılov.
Yarımmüdafəçilər: 11. Hacıağa Hacıyev, 12. Fərid Məmmədov, 13. Tural Məmmərzəyev, 14. Əli Səmədov, 15. Emin Zamanov, 16. Baxşəli Baxşalıyev, 17. Rövlan Muradov.
Hücumçular: 18. Əziz İsmayılov, 19. Ramiz Məmmədzadə, 20. Roman Hüseynov, 21. Ülvü İskəndərov, 22. Muxtar Əliyev.
Oyunlar "Estadio Municipial" və "Laranya Mekanika" stadionlarında keçiriləcək. Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gələcək. Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq:
A qrupu: Laranya Mekanika, “Palmeyras” (hər ikisi Braziliya), Əl Əhli (BƏƏ), Qəbələ (Azərbaycan).
B qrupu: Kuritiba, Flamenqo, Londrina (hamısı Braziliya), Mohammed IV Futbol Akademiyası (Mərakeş).
Turnirin təqvimi
15 dekabr
17.00 Laranya Mekanika - Qəbələ
16 dekabr
09.00 Kuritiba - Mohammed IV
10.45 Londrina - Flamenqo
19.00 Əl Əhli - Palmeyras
17 dekabr
09.00 Mohammed IV - Flamenqo
10.45 Kuritiba - Londrina
17.00 Qəbələ - Palmeyras
19.00 Laranya Mekanika - Əl Əhli
19 dekabr
09.00 Mohammed IV - Londrina
10.45 Flamenqo - Kuritiba
17.00 Qəbələ - Əl Əhli
19.00 Palmeyras - Laranya Mekanika
20 dekabr
09.00 A1 - B2
10.45 A2 - B1
17.00 A4 - B4
19.00 A3 - B3
21 dekabr
10.45 Final
Qeyd edək ki, "Laranya Mekanika Beynəlxalq Kuboku” turniri eyni zamanda işgüzar xarakter daşıyacaq. Belə ki, Qəbələ Futbol Akademiyasının direktoru Stenli Brard dekabrın 18-də yerli mütəxəssislər və turnir iştirakçıları üçün seminar verəcək.
Fanat.az