"Qəbələ" bombardirini itirdi

"Qəbələ" bombardirini itirdi
"Qəbələ" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin Daniel Subotiçin xidmətinlən məhrum olub.
Xorvatiya əsilli isveçrəli hücumçu cəzalı duruma düşüb. Subotiç "Rəvan"la matçın 81-ci dəqiqəsində hakimin qərarına etiraza görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu səbəbdən o, XXIV turun "Simurq"la səfər matçını kənardan izləyəcək.
Qeyd edək ki, Subotiç bundan əvvəl X turun "İnter"lə matçnın 39-cu (qeyri-idman hərəkəti), XVI turun "Simurq"la görüşünün 90+3-cü (qeyri-idman hərəkəti), XVIII turun "Bakı" ilə qarşılaşmasının isə 47-ci (simulyasiya) dəqiqəsində sarı vərəqə almışdı.
İsveçrəli futbolçu Premyer Liqada 10 qol vurub və bombardirlər cədvəlində Vaqif Cavadovdan sonra ikinci pilləni tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər