Xırdalanda "Qəbələ”idman klubunun daha bir boks idman zalı açılıb. Fanat.az xəbər verir ki, boks oyunları üçün nəzərdə tutulan idman zalının sahəsi 250 kv.m-di.
Yeni açılmış klubun yaradılmasında Azərbaycan boks yığmasının baş məşqçi köməkçisi Rauf Aydınovun, klubun baş məşqçisi Vüqar Zalıyev və onun köməkçisi Orxan Mehdiyevin əməyi böyük olub. "Qəbələ” boks klubunun bu tipli zalları Bakıda və Qəbələdə də fəaliyyət göstərir.
Rauf Aydınov bu cür klubların yeni nəslin sağlam, mədəni və əqidəli böyüməsinə bir başa yardım olacağını düşünür: "Möhtərəm prezidentimiz İlham Əliyev cənəblarının apardığı siyasətə dəstək olaraq gənclərin sağlam bədəndə sağlam ruh prinsipi ilə yaşaması üçün əlimizdən gələni edirik. Bir ölkəni mədəniyyəti, iqtisadiyyatı, siyasəti ilə yanaşı həm də idmanı yanıtdırır. Bir idmançının tarixdə bayrağımızı ucaltması Azərbaycan adaına ən böyük töhfədi. Məqsədimiz odur ki, xaricdə bayrağımızı qaldıracaq gənclərin sayını çoxaldaq. Əminik ki, Xırdalan şəhərndə açılan yeni boks klubu məhz bu məqsədə xidmət edəcək və ətrafda yaşayan gənclərə geniş imkanlar açacaq.”
adalet.az