"Qəbələ" bizə qarşı xüsusi həvəslə mübarizə aparacaq"

"Qəbələ" bizə qarşı xüsusi həvəslə mübarizə aparacaq"

"Xəzər Lənkəran"a zəif oynayıb uduzduğumuzu düşünmürəm. Oyundan sonra videogörüntülərə baxıb təhlillər aparmışıq. Əlbəttə, bir neçə qol vəziyyətini boşa verməkdənsə, 90 dəqiqədə 1 qol fürsəti yaradıb, onu dəyərləndirsək, daha yaxşı olardı". Bu sözləri Fanat.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı bu tur rəqib meydanında üz-üzə gələcəkləri "Qəbələ" ilə görüş haqda da danışıb: “Liderə qarşı oynayacağıq. Bu mövsüm keçirdiyimiz hər iki görüşdə məğlub etdiyimiz komandanın bizə qarşı xüsusi həvəslə mübarizə aparacağını da bilirik. Çətin olacaq. Rəqib heyətini xeyli gücləndirib. Bir neçə futbolçu transfer ediblər.Yenilgi haqda ümumiyyətlə düşünmürük. Məqsəd Qəbələdən uğurlu nəticə ilə qayıtmaqdı. Uşaqların "Xəzər Lənkəran"a uduzandan sonra özünəinamı itirmədiyini deyə bilərəm. Hər şey irəlidədi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər