"Qəbələ" qış fasiləsi müddətində planlarını açıqlayıb. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi yanvarın 5-i Türkiyəyə yollanacaq və ayın 27-ə qədər burada toplanışda olacaqlar.
Yanvarın 17-19-u aralığında isə futbolçulara istirahət veriləcək. Bələk şəhərində toplanış müddətində Yuri Syomin 7 yoxlama görüşü keçirmək fikrindədi. İlk müddətə 3 oyun, yanvarın 20-27-si aralığında isə daha 4 oyun keçirilməsi nəzərdə tutulub.
Fanat.az