"Qəbələ" BATE və "Fortuna"ya rəqib oldu

"Qəbələ" BATE və "Fortuna"ya rəqib oldu

"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq məqsədi ilə Belarusa yollanıb. Fanat.az xəbər verir ki, paytaxt Minskdə məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 sınaq oyunu keçirəcək. 

İlk matç iyunun 17-i paytaxt təmsilçisi "Minsk-2004"ə qarşı baş tutacaq. "Qırmızı-qaralar" ikinci görüşdə iyunun 19-u BATE ilə münasibətlərinə aydınlıq gətirəcək. "Qəbələ" son görüşdə iyunun 21-i "Fortuna" kollektivi ilə üz-üzə gələcək. Təmsilçimiz iyunun 22-i vətənə dönəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər