"Qəbələ"nin baş məşqçi həsrəti başa çatıb. Fanat.az xəbər verir ki, bölgə klubu yeni çalışdırıcısının adını açıqlayıb.
Klub rəhbərliyi Cənubi Kiprin AEL klubundan ayrılan bolqar mütəxəssis İvalyo Petevlə anlaşıb. Onunla yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.
Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi "Ludoqorets"i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə elitaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12, 2012/13), ölkə kubokunu (2012) və Superkubokunu (2012) qazanıb. 2013-cü ildə qısa müddət "Levski"ni çalışdıran Petev daha sonra Cənubi Kiprə üz tutub. AEL onun rəhbərliyi altında ölkə çempionatının gümüş medallarını qazanıb.
Fanat.az