"Qəbələ" ev oyunlarında uğursuz seriyaya son qoyub. Fanat.az xəbər verir ki, bölgə klubu Premyer Liqa çərçivəsində doğma meydanda 128 gündən sonra qələbəyə sevinib.
Belə ki, Yuri Syominin komandası sonuncu dəfə XVIII turun 2013-cü ilin 20 dekabrında baş tutan "Bakı" ilə oyununda azarkeşlərini sevindirmişdi. Bundan sonra baş tutan 6 ev matçında komanda 2 heç-heçə edib və 4 dəfə yenilib. "Qəbələ" evdəki uğursuz seriyaya 128 gündən sonra son qoya bilib.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqa çərçivəsində son ev qələbəsini ötən ilin 20 dekabrında qazansa da, kubokda azarkeşlərini sevindirə bilmişdi. Belə ki, aprelin 16-da baş tutan 1/2 finalın ilk oyununda komanda "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə yenmişdi.
"Qəbələ"nin evdəki uğursuz seriyası
XX tur: Qəbələ - Qarabağ 0:1
XXI tur: Qəbələ - Xəzər Lənkəran 2:3
XXIII tur: Qəbələ - Rəvan 0:0
XXV tur: Qəbələ - Neftçi 1:2
XXVII tur: Qəbələ - İnter 1:4
XXX tur: Qəbələ - AZAL 0:0
Fanat.az