"Qəbələ" Avropa Liqasının oyunlarını doğma meydanda keçirməyəcək. Fanat.az xəbər verir ki, buna səbəb Qəbələ şəhər stadionunun UEFA standartlarına cavab verməməsidi.
Bölgə klubu ev oyunlarını Bakıda keçiriləcək. Artıq Tofiq Bəhramov adına Respublika stadionu ilə müqavilə bağlanıb.
Qeyd edək ki, "Qəbələ" artıq Premyer Liqadan Avropa Liqasına vəsiqəni təmin edib. Komandanın turnirdə mübarizəyə I və ya II təsnifat mərhələsindən başlamasına kubokun finalından sonra aydınlıq gələcək.
Fanat.az