Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb. Fanat.az xəbər verir ki, toplanış çərçivəsində sonuncu - üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb.
Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə bitib. "Qəbələ" matçın gedişində 4:2 hesabilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. Təmsilçimizin heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib. "Qırmızı-qaralar" bu gecə vətənə dönəcək.
Qeyd edək ki, "Qəbələ" ilk matçda İsveçrənin "Dietikon" klubu ilə heç-heçə edib(4:4), ikinci oyunda isə Danimarkanın "Koqe" kollektivinə qalib gəlib (3:0).
Fanat.az