"Qəbələ" AFFA İcraiyyə Komitəsinə namizəd irəli sürməyəcək

"Qəbələ" AFFA İcraiyyə Komitəsinə namizəd irəli sürməyəcək
"Qəbələ" klubu AFFA İcraiyyə Komitəsi üzvlüyünə heç bir namizəd irəli sürməyəcək. Bu barədə "Report"a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, klub prezidenti Tale Heydərovun AFFA rəhbərliyində yer alacağına dair xəbərlər həqiqətə uyğun deyil: "Tale müəllim nə AFFA prezidentliyinə, nə də İcraiyyə Komitəsinə namizəd olacaq".
Qeyd edək ki, AFFA-nın Hesabat Seçki Konfransı martın 11-də Bakıdakı "Hilton" otelində keçiriləcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər