"Qəbələ" 4 legioneri yola saldı: Syomin köhnələri təmizlədi

"Qəbələ" 4 legioneri yola saldı: Syomin köhnələri təmizlədi
"Qəbələ"də gözlənilən dəyişikliklər baş verib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin ondan əvvəl komandaya gəlmiş legionerlərlə yollarını ayırıb.
Belə ki, müdafiəçilər - Deyan Kelhar və Omar Kalabaneni, yarımmüdafiəçi Lourival Assisi, hücumçu Yannik Kamananı yola salınıb. Bununla da "Qəbələ"də rusiyalı mütəxəssisdən əvvəl transfer olunmuş legionerlərdən yalnız üçü - Nikola Valentiç, Dodo və Viktor Mendi qalıb.
Qeyd edək ki, "Qəbələ" Kelharı "Samsunspor" (38 oyun, 1 qol), Kalabaneni "Manisaspor" (30 oyun, 2 qol), Asisi "Çernomorets" (34 oyun, 6 qol), Kamananı "Mersin İdman Yurdu" (60 oyun, 17 qol) klublarından transfer edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər