Bu gün III Qəbələ Kubokuna start verilib. Fanat.az xəbər verir ki, 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan beynəlxalq turnirin ilk oyun günündə 8 oyun baş tutub.
A qrupunda mübarizə aparan "Qəbələ" ilə turda "Udineze"ni udsa da (1:0), ardınxa "Fənərbaxça"ya böyük hesabla yenilib - 0:3. Qrupun digər iki oyununda "Liverpul" "Fənərbaxça" çə "Udineze"yə eyni hesabla uduzub - 0:1.
B qrupunda çıxış edən "Neftçi" hər iki oyunda məğlubiyyt acısı yaşayıb. "Ağ-qaralar" Moskva "Lokomotiv"inə 0:2, "Rapid"ə 1:2 hesabı ilə yenilib. Qrupun digər oyunlarına gəlincə, "Rapid"i 3:1 hesabı ilə yenən "Anderlext" "Lokomotiv"lə sülh bağlayıb - 2:2.
Qeyd edək ki, turnirin qrup oyunları bu gün və sabah, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.
III Qəbələ Kuboku
Qrup mərhələsi
29 may
A qrupu
Qəbələ - Udineze 1:0
Qol: Cavidan Osmanli.
Fənərbaxça - Liverpul 1:0
Qol: Səfa Berkay Kara.
Qəbələ - Fənərbaxça 0:3
Qollar: Alparslan Demie, Yusuf Furkan Coşkun, Tural Əjdərli (avtoqol).
Udineze - Liverpul 1:0
Qol: Qabrielle de Muzo.
| 1 | Fənərbaxça | 2 | 2 | 0 | 0 | 4:0 | 6 |
| 2 | Udineze | 2 | 1 | 0 | 1 | 1:1 | 3 |
| 3 | Qəbələ | 2 | 1 | 0 | 1 | 1:3 | 3 |
| 4 | Liverpul | 2 | 0 | 0 | 2 | 0:2 | 0 |
B qrupu
Rapid - Anderlext 1:3
Qollar: Yulian Krenn - Hotmann Əl-Kababri, Yarno de Nayer, Mayk Trezor.
Neftçi - Lokomotiv 0:2
Qollar: Boqdan Zorin, Sergey Pavlenko.
Rapid - Neftçi 2:1
Qollar: Endi Alvaniz, Patrik Overmüller - Pilağa Mehtiyev.
Anderlext - Lokomotiv 2:2
Qollar: Françesko Antoniko, Sebastyan Bornau - Aleksey Mironov, Kamil Səlahəddinov.
| 1 | Anderlext | 2 | 1 | 1 | 0 | 5:3 | 4 |
| 2 | Lokomotiv | 2 | 1 | 1 | 0 | 4:2 | 4 |
| 3 | Rapid | 2 | 1 | 0 | 1 | 2:3 | 3 |
| 4 | Neftçi | 2 | 0 | 0 | 2 | 2:5 | 0 |
Fanat.az