"Qəbələ" 3 sınaq matçı keçirəcək

"Qəbələ" 3 sınaq matçı keçirəcək

"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, I Liqada 11-ci turun dekabrın 24-də "Mingəçevir"lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan "qırmızı-qaralar" yanvarın 9-da bir araya gələcək.

Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub. Bu matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, "Qəbələ" I Liqada 11 turdan sonra 29 xalla vahid liderdir. Komanda mövsümün ilk yarısında qapısından qol buraxmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər