"Qəbələ" 2 günlük aradan sonra Antalyada təlim-məşq prosesesini bərpa edib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" dünən 2 dəfə məşqə çıxıb.
Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib. Günün ilk yarısında əsasən yüngül fiziki məşqlərə, ikinci hissəsində isə toplu çalışmalara üstünlük verilib. Günə ikitərəfli oyunla yekun vurulub. Sadiq Quliyev, Amit Quluzadə və Rail Məlikov komandadan ayrı çalışıb.
Qeyd edək ki, "Qəbələ" bu gün "Spartak"la (Qazaxıstan) yoldaşlıq oyunu keçirəcək.
Fanat.az