III Qəbələ Kuboku davam edir. Fanat.az xəbər verir ki, dünən startı verilən turnirdə bu gün qrup mərhələsinə yekun vurulub.
A qrupunun son turunda "Qəbələ" "Liverpul"la qarşılaşıb və bir xal qazanıb - 2:2. Qrupun digər oyununda "Fənərbaxça" "Udineze"ni 2:0 hesabı ilə udub. Bu nəticə "Qəbələ"nin qrupu ikinci pillədə bitirməsinə səbəb olub.
B qrupunda isə "Neftçi" "Anderlext"lə qarşılaşıb və 0:1 hesabı ilə yenilib. Beləliklə, Bakı klubu qrup mərhələsini xalsız başa vurub. "Rapid" "Lokomotiv" matçı isə birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yarımfinala çıxan "Qəbələ" finala vəsiqə uğrunda matçda "Anderlext"lə qarşılaşıb. Oyun belçikalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda isə "Fənərbaxça" "Rapid"i üstələyib - 1:0.
Beləliklə finala "Fənərbaxça" və "Anderlext" çıxıb. "Qəbələ" və "Rapid" isə üçüncü yer uğrunda oyunda üz-üzə gələcək.
5-8-ci yerlər uğrunda ilk oyunlar keçirilib. "Neftçi" A qrupunun üçüncüsü "Udineze"ni sınağa çəkib və 0:1 hesabı ilə yenilib. "Liverpul" isə "Lokomotiv"ə qalib gəlib - 2:1. "Neftçi" və "Lokomotiv" 7-ci, "Liverpul"la "Udineze" 5-ci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, turnirə iyunun 1-də yekun vurulacaq.
III Qəbələ Kuboku
Qrup mərhələsi
29 may
A qrupu
Qəbələ - Liverpul 2:2
Qollar: Fərid Nəbiyev (penalti), Kamran Quliyev - Okea Simons (2).
Fənərbaxça - Udineze 2:0
Qollar: Berkay Sefa Kara, Tarık Zorlukol.
| 1 | Fənərbaxça | 3 | 3 | 0 | 0 | 6:0 | 9 |
| 2 | Qəbələ | 3 | 1 | 1 | 1 | 3:5 | 4 |
| 3 | Udineze | 3 | 1 | 0 | 2 | 1:3 | 3 |
| 4 | Liverpul | 3 | 0 | 1 | 2 | 2:4 | 1 |
B qrupu
Rapid - Lokomotiv 3:0
Qollar: Patrik Obermüller (2), Dennis Yetiçi.
Neftçi - Anderlext 0:1
Qollar: Françesko Antoniko.
| 1 | Anderlext | 3 | 2 | 1 | 0 | 6:3 | 7 |
| 2 | Rapid | 3 | 2 | 0 | 1 | 6:4 | 6 |
| 3 | Lokomotiv | 3 | 1 | 1 | 1 | 4:5 | 4 |
| 4 | Neftçi | 3 | 0 | 0 | 3 | 1:5 | 0 |
Yarımfinal
Fənərbaxça - Rapid 1:0
Qol: Alparslan Dəmir.
Anderlext - Qəbələ 4:1
Qollar: Fərid Nəbiyev (pen.) - Tresor Ndayişime, Hotman El Kabari, Milan Korin (2).
5-8-ci yerlər uğrunda
Udineze - Neftçi 1:0
Qol: Filippo Paklutsi.
Lokomotiv - Liverpul 1:2
Qollar: Sergey Pavlenko - Okera Simmons, Ben Vudben.
Fanat.az