"Qəbələ" 3-cü liqa klubuna qalib gələ bilmədi

"Qəbələ" 3-cü liqa klubuna qalib gələ bilmədi
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün yoxlama oyunlarına start verib. Fanat.az xəbər verir ki, Türkiyədə 6 matç keçirəcək Yuri Syominin yetirmələri 2014-cü ilin ilk görüşündə "Maltepespor"la qarşı-qarşıya gəlib.
Oyun 1:1 hesabı ilə başa çatıb. "Qəbələ"nin qoluna 25-ci dəqiqədə Yannik Kamanan imza atıb. "Maltepespor" isə Enes Erdalın 90-cı dəqiqədə vurduğu qola sevinib.
Qeyd edək ki, "Maltepespor" 1923-cü ildə yaradılıb. İstanbulun Maltepe qəsəbəsini təmsil edən komanda dəfələrlə adını dəyişib. Belə ki, 1923-cü ildə "Maltepe Gençler Birliyi" adı ilə yaradılan klub sonrakı illərdə "Maltepe Gənclikspor", "Günəşspor", "Ağaspor" adını daşıyıb və indiki adına 1987/1988 mövsümündə qovuşub. Komanda 3-cü liqada çıxış edir.
Onu da qeyd edək ki, "Qəbələ" bundan sonra Türkiyədə "Tobol" (Qazaxıstan, 13 yanvar), "Konyaspor" (Türkiyə, 16 yanvar), "Spartak" (Qazaxıstan, 20 yanvar), "Volqa" (Rusiya, 22 yanvar) və "Torpedo" (Moskva, Rusiya, 25 yanvar) klubları ilə yoxlama oyunu keçirəcək.
Yoxlama oyunu
10 yanvar
 
18.00 Maltepespor - Qəbələ 1:1
Qol: Enes Erdal, 90 - Yannik Kamanan, 25.
Qəbələ: David Petrkeviç, Ruslan Tağızade, Elnur Allahverdiyev, Nikola Valentiç, Rafael Santos, Nizami Hacıyev, Davron Erqaşev, Dodo, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər