"Qəbələ" 20 yanvarda "Spartak"la oynayacaq

"Qəbələ" 20 yanvarda "Spartak"la oynayacaq

"Qəbələ"nin yoxlama oyunu keçirəcəyi daha bir komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Qazaxıstanın "Spartak" klubu ilə oyunda sınayacaq.

Qarşılaşma yanvarın 20-da baş tutacaq. "Spartak" başa çatan mövsümdə Qazaxıstan çempionatının I divizionunda 2-ci pilləni tutub və Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ" Antalyada 7 oyun keçirəcək. Təmsilçimizin rəqiblərindən hələlik ikisi bəllidi. Yanvarın 20-da "Spartak"la qarşılaşacaq Syominin komnadası bundan 4 gün əvvəl "Konyaspor"u sınağa çəkəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər