"Qəbələ" 2 transferi birdən açıqladı - FOTO

"Qəbələ" 2 transferi birdən açıqladı - FOTO
“Qəbələ” iki transferi birdən açıqlayıb. Fanat.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov, Pavol Farkaş və Karioka Markinyoşu rənglərinə bağlayan "qırmızı-qaralar" portuqaliyalı Yazalde Pinto ilə rumıniyalı Aleksandru Benqanı sıralarına qatıb. 
Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. Portuqaliyanın "Braqa" klubuna məxsus Pinto "Qəbələ"də icarə əsasında çıxış edəcək.
1988-ci il sentyabrın 21-də anadan olan Yazalde Pinto peşəkar futbolçu karyerasına 2007-ci ildə Portuqaliyanın "Varzim" klubunda başlayıb. 2009-cu ildə "Braqa"ya transfer olan hücumçu "Qəbələ"yə keçidinə qədər icarə əsasında bir neçə klubda çıxıb edib. Pintonun son komandası isə Rumıniya "Astra"sı olub. Hücumçu Portuqaliyanın U-20 və U-21 komandalarının formasını geyinib. 
Digər yeni futbolçumuz - müdafiəçi Aleksandru Benqa 15 iyun 1989-cu ildə Rumıniyada anadan olub. Peşəkar futbolçu karyerasına ölkəsində 2006-cı ildə "Braşov" klubunda başlayan Benqa "Qəbələ"yə keçidinə kimi "Petrolul", "Otelul" (hər ikisi Rumıniya) və "Botev" (Bolqarıstan) kimi komandaların şərəfini qoruyub.  
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər