"Qəbələ" 2 əskiklə hazırlaşır

"Qəbələ" 2 əskiklə hazırlaşır

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində "Bakı"nı qəbul edəcək "Qəbələ" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Fanat.az xəbər verir ki, ötən turdan sonra bir gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn "qırmızı-qaralar" iki gündü məşq prosesini bərpa edib. 

Dünən Yuri Syominin rəhbərliyi altında baş tutan məşqə zədəli Nikola Valentiç və Dieqo Kosta qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ" matç öncəsi son məşqini bu gün keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər