Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin birinciliyində gümüş və bürünc mükafatçılar son turda müəyyənləşib. Fanat.az xəbər verir ki, 2-ci olan “Qəbələ” tarixində 4-cü dəfə bu yarışın mükafatını qazanıb.
Bu isə “Neftçi”nin rekordunun təkrarıdı. Bakılılar yalnız mükafatların əyarına görə öndədir. “Qəbələ” isə çempion adını qazanmasa da, 2 gümüş və eyni sayda bürünc əldə edib. 3-cü olan “Simurq” isə ötən mövsümki 2-ciliyini qoruya bilməsə də, ilk “üçlük”də qalan yeganə komandadı.
| Mövsüm | Çempion | II yer | III yer |
| 1997/98 | OİK* | Neftçi | Kəpəz |
| 2008/09 | Neftçi | Qarabağ | Bakı |
| 2009/10 | Qarabağ | İnter | Qəbələ |
| 2010/11 | Bakı | Turan | Qəbələ |
| 2011/12 | Neftçi | Qəbələ | İnter |
| 2012/12 | Bakı | Simurq | Neftçi |
| 201314 | İnter | Qəbələ | Simurq |
| Klub | Çempion | II Yer | III Yer | Cəmi |
| Neftçi | 2 | 1 | 1 | 4 |
| Bakı | 2 | 0 | 1 | 3 |
| İnter | 1 | 1 | 1 | 3 |
| Qarabağ | 1 | 1 | 0 | 2 |
| MOİK | 1 | 0 | 0 | 1 |
| Qəbələ | 0 | 2 | 2 | 4 |
| Turan | 0 | 1 | 0 | 1 |
| Simurq | 0 | 1 | 1 | 2 |
| Kəpəz | 0 | 0 | 1 | 1 |
pfl.az