"Qartallar" Bakıya niyə dönməyib?

"Qartallar" Bakıya niyə dönməyib?

Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Differdanj"ını mübarizədən kənarlaşdıran "Zirə" iyulun 6-da baş tutan səfər matçından sonra Bakıya qayıtmayıb. Fanat.Az-a klubdan verilən məlumata görə Ayxan Abbasovun komandası yol yorğunluğundan sığortalanmaq üçün Lüksemburqda qalıb.

Təmsilçimiz bu gün AL-in 2-ci təsnifat mərhələsindəki rəqibi "Astra"yla ilk görüşə çıxacağı məkana yollanacaq. "Qartallar" Brüssel - Buxarest reysindən faydalanacaq.

Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyulun 13-də baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər