AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliyanın yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, “Skuadra Adzurra” Albaniya ilə üz-üzə gələcək.
Qarşılaşma noyabrın 18-də baş tutacaq. Matç İtaliyanın Cenoa şəhərindəki “Luidji Ferraris” stadionunda keçiriləcək.
Qeyd edək ki, Albaniya yığmasının heyətində “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli çıxış edir.
Fanat.az