Avropa Liqasın qrup mərhələsinin VI turunda "Qarabağ"la qarşılaşacaq "Fiorentina" futbolçusu Federiko Bernardeskinin qiymətini açıqlayıb. Fanat.Az xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçini istəyən klublardan 40 milyon avro tələb edir.
Məlumata görə, onunla "Yuventus" və "Çelsi" klubları maraqlanır. 22 yaşlı futbolçunun "Atletiko"da çıxış etmək ehtimalının olduğuda bidldirilir.
Qeyd edək ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.
Fanat.Az