"Qarabağ"ın neçə futbolçusunun "Sabah"la cavab oyununa kənardan baxacağı dəqiqləşdi

"Qarabağ"ın neçə futbolçusunun "Sabah"la cavab oyununa kənardan baxacağı dəqiqləşdi

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah "Sabah"ın qonağı olacaq "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, komandada cəzalı futbolçu yoxdur.

Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədə səbəbindən bu oyunda iştirak etməyəcək. Baş məşqçi Qurban Qurbanovun daxili intizam qaydalarını pozduqları üçün qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərdiyi iki cinah müdafiəçisini - Abbas Hüseynovla Elvin Cəfərquliyevi də heyətə qaytarmayıb. Bu səbəbdən Elvin və Abbas da "bayquşlar"la ikinci duelə kənardan baxacaqlar.

"Sabah" - "Qarabağ" matçının start fiti 20:00-da səsləndiriləcək. Tərəflərin birinci görüşündə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər