Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov tərcüməçi Aydın Rüstəmovla birgə Almaniyanın Münhen şəhərinə yollanıb. Fanat.az xəbər verur ki, bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, Ələsgərov aprelin 8-də Münhendəki klinikalardan birində dizindən əməliyyat olunacaq. Nərimanoğlu gənc yarımmüdafiəçinin durumuna məhz əməliyyatdan sonra aydınlıq gələcəyini bildirib. Oyunçu Bakıya aprelin 12-də qayıdacaq.
Qeyd edək ki, Namiq Ələsgərov Azərbaycan yığmasının martın 28-də Malta ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçında zədələnib. Tibbi müayinə nəticəsində 20 yaşlı futbolçunun ön çarpaz bağlarının qırıldığı və 6 ayadək yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Fanat.az