"Sumqayıt" "Qarabağ"ın iki üzvünü heyətinə qatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, Kamil Hüseynovla Elton Yaqublu mövsümün sonunadək gənclik şədəri təmstlçisinin formasını geyinə bilər.
"Qarabağ" bu futbolçuları "Sumqayıt"a icarəyə verəcək. Məqsəd gənc oyunçuların təcrübə toplamasına yardımçı olmaqdı.
Qeyd edək ki, Kamil cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxmayıb. Elton isə 1 matçda 67 dəqiqə oynayıb.
Onu da qeyd edək ki, "Qarabağ" bu futbolçularla yanaşı, Toğrul Bilallı, Tural İsgəndərov, Bilal Abbaszadə və Murad Səttarlını da icarəyə vermək istəyir.
Fanat.az