Bu gün Topaz Premyer Liqasında IX turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk dövrənin son turunun oyunları yığmanın toplanışına görə eyni gündə baş tutub və 3 fərqli saatda başlayıb.
Həftəyə lider kimi başlayan "Qəbələ" "Neftçi"ni qəbul edib. Oyuna yaxşı başlayan Yuri Syominin yetirmələri 7-ci dəqiqədə Lorenzo Ebesilionun qolu ilə hesabda önə keçiblər. Lakin 13 dəqiqə sonra Rauf Cabbarovun təyin etdiyi penaltini qola çevirən Mahir Şükürov bərabərliyi təmin edib. "Qəbələ" qolunu isə 56-cı dəqiqədə Rəşad Sadiqov "Qəbələ"nin qapısından keçirib - 2:1.
Liderlik uğrunda mübarizə aparan "Qarabağ" "Bakı"nı qəbul edib. Son 4 turun 1-də məğlub olub, 3-də heç-heçə oynayan Ağdam klubu acığını paytaxt təmsilçisindən 3 cavabsız qolla çıxıb. Hesabı 37-ci dəqiqədə Ansi Aqolli açıb. 6 dəqiqə sonra Vüqar Nadirov, ilk yarının son dəqiqəsində Riçard Almeyda fərqlənib. Bundan sonra oyunda qol olmayıb və "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.
İki oyunun nəticəsi turnir cədvəlinin zirvəsində dəyişiklik edib. Aktivində 18 xal olan "Qarabağ" top fərqində üstələdiyi "Neftçi"ni arxada qoyaraq zirvəni ələ keçirib. "Ağ-qaralar" ikinci, "Qəbələ" üçüncü pillədə qərarlaşıb.
Mövsümə uğursuz başlayan "İnter" növbəti qələbəsini qazanıb. 7-ci turda "Bakı"dan 1 xal alıb ötən həftə "Xəzər Lənkəran"ı yenən "bankirlər" bu dəfə "Sumqayıt"ı məğlub edib. Hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt"ın yay transferlərindən olan Adil İbrahimov topu öz qapısına göndərərək avtoqola imza atıb. 31-ci dəqiqədə isə Vaqif Cavadov matçın hesabını müəyyənləşdirib - 2:0.
"Xəzər Lənkəran" ardıcıl ikinci turda xal itirib. "Rəvan"ın qonağı olan Con Toşakın yetirmələri Bakıdan 1 xalla dönüb - 1:1. Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Sahib Savankulov açıb. "Xəzər Lənkəran" bərabərlik qolunu 75-ci dəqiqədə vurub. Junior Nildo rəqib qapısına yol tapıb.
AZAL - "Simurq" oyunu da eyni hesabla başa çatıb. "Bakı" klubunun heyətində Qərib İbrahimov fərqlənib. 24-cü dəqiqədə fərqlənən futbolçu mövsümün 100-cü qoluna imza atıb. "Simurq"un heyətində isə rəqib qapısına Rəşad Eyyubov yol tapıb. O, 52-ci dəqiqədə penaltidən fərqlənib.
Premyer Liqa
2013/14 mövsümü
IX tur
4 oktyabr
Qəbələ - Neftçi 1:2
Qollar: Lorenzo Ebesilio, 7 - Mahir Şükürov, 20-pen. Rəşad Sadiqov, 56.
Qəbələ: 25. Dieqo Kosta, 4. Amit Quluzadə (8. Nizami Hacıyev, 66)84. Deyan Kelhar, 75)
, 6. Vladimir Levin (k), 9. Viktor Mendi (
19. Abdulvahid Afolabi, 58), 10. Dodo (
, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 11. Yannik Kamanan, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 76)11. Melvin Platye, 81)
, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (
19. Mirhüseyn Seyidov, 79), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (
.
Ehtiyat oyunçular: 1.Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitrseki, 32. Elvin Yunuszadə.
Məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Amit Quluzadə, 19 (rəqibi tutduğuna görə) - Mahir Şükürov, 21 (hakimin qərarına etiraz). Bruno Bertuççi, 38 (hakimin qərarına etiraz). Karlos Kardoso, 90+2 (rəqibə badalaq).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Namiq Hüseynov, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu. 2500 tamaşaçı.
Sumqayıt - İnter 0:2
Qollar: Adil İbrahimov, 14 (avtqol). Vaqif Cavadov, 31.
Sumqayıt: 1. Anar Nəzirov, 4. Samir Abasov (k), 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (8. Aqşin Muxtaroğlu, 67)
, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 91. Vüqar Əsgərov (
86. Elşən Abdullayev, 63), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 15. Nodar Məmmədov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (7. Ruslan Əmircanov, 66)19. Sezar Meza Kolli, 88)
, 14. İlqar Ələkbərov, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 22. İlço Naumoski (
11. Asif Məmmədov, 46), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (
, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Ruslan Qurbanov, 28 (hakimin qərarına etiraz); 66 (qeyri-idman hərəkəti). Pərdis Fərcad-Azad, 68 (qeyri-idman hərəkəti). Samir Abasov, 86 (qeyri-idman hərəkəti) - İlço Naumoski, 44 (hakimin qərarına etiraz). Matiya Spiçiç, 67 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ruslan Qurbanov, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 300 tamaşaçı.
AZAL - Simurq 1:1
Qollar: Qərib İbrahimov, 23 - Rəşad Eyyubov, 52-pen.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskars Klava (16. Feddi Borq, 90+3)18. Samuel Barlay, 83)
, 17. Viktor İbekoyi (k), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (
7. Cavid Tağıyev, 57), 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç (
.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 5. Murad Ağayev, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
Simurq: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Mzee Patrik Osiako, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 22. Salif Ballo (30. Raul Kostin, 83)
, 28. Nenad Kiso, 77. Nicat Qurbanov (
19. Orxan Səfiyaroğlu, 90+4).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 20. İdan Vaytsman.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Ruslan Tağızadə, 8 (simulyasiya). Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti). Aylton, 51 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 85 (qeyri-idman hərəkəti). Branislav Arsenyeviç, 87 (hakimin qərarına etiraz) - Ruslan Poladov, 55 (qeyri-idman hərəkəti). Rəşad Eyyubov, 64 (əl ilə oyun). Nicat Qurbanov, 76 (fitdən sonra topa zərbə).
Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena". 1000 tamaşaçı.
Rəvan - Xəzər Lənkəran 1:1
Qollar: Sahib Savankulov, 17 - Junior Nildo, 75.
Rəvan: 1. Lukaş Sapela, 9. Elnur Abdulov, 10. Sebastian Kastro-Tello (23. Kristian Torres, 86)
, 14. Xuan Manuel Varea, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov (
19. Hüseyn Axundov, 82), 33. Sahib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov.
Baş məşqçi: Vladislav Qədirov.
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (7. Sadio Tounkara, 46)
, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 22. Deyvid Sakkoni (
20. Mbilla Etame, 46), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 23. Nikola Qliqorov, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
Sarı vərəqələr: Sahib Savankulov, 13 (qeyri-idman hərəkəti). Miloş Adamoviç, 29 (oyunun bərpasını gecikdirdiyi üçün). Cəmşid Məhərrəmov, 32 (sistematik qayda pozuntusu). İvan Pexa, 62 (perpektivli hücumun qarşısını aldığına görə). Elnur Abdulov, 77 (oyunun bərpasını gecikdirdiyi üçün) - Deyvid Sakkoni, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Zeynal Zeynalov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimləri: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
"Bayıl Arena". 1000 tamaşaçı.
Qarabağ - Bakı 2:0
Qollar: Ansi Aqolli, 37. Vüqar Nadirov, 43. Riçard Almeyda, 45.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo (10. Muarem Muarem, 85)7. Namiq Yusifov, 79)
, 14. Rəşad Sadıqov (k) (
41. Leroy Corc, 77), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo (
, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 11. Ulriş Kapolonqo,
55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 29. Kamran Ağayev (k), 4. Mario Alvarez, 3. Yure Travner, 6. Vadim Abdullayev (15. Alberto Noquera, 69)34. Şəhriyar Əliyev, 64)
, 7. Əfran İsmayılov (
10. Aleksandar Soliç, 60), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios (
.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Deyvidas Çesnauskis, 16. Juninyo, 27. Rəhman Hacıyev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Rəşad Sadıqov, 44 (qeyri-idman hərəkəti). Riçard Almeyda, 55 (qeyri-idman hərəkəti). Nikolas Gelaşvili, 78 (simulyasiya) - Yure Travner, 29 (qeyri-idman hərəkəti). Mario Alvarez, 62 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
T.Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.
| 1 | Qarabağ | 9 | 5 | 3 | 1 | 14-4 | 18 |
| 2 | Neftçi | 9 | 5 | 3 | 1 | 12-6 | 18 |
| 3 | Qəbələ | 9 | 5 | 1 | 3 | 14-9 | 16 |
| 4 | AZAL | 9 | 4 | 2 | 3 | 9-11 | 14 |
| 5 | Bakı | 9 | 4 | 1 | 4 | 16-10 | 13 |
| 6 | Simurq | 9 | 3 | 4 | 2 | 8-7 | 13 |
| 7 | İnter | 9 | 3 | 1 | 5 | 16-15 | 10 |
| 8 | Xəzər L | 9 | 2 | 4 | 3 | 7-9 | 10 |
| 9 | Rəvan | 9 | 1 | 3 | 5 | 4-19 | 6 |
| 10 | Sumqayıt | 9 | 1 | 2 | 6 | 5-15 | 5 |
Bombardirlər: Mindauqas Kalonas (Bakı) - 5. Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran) - 4. Leonardo da Silva (Qəbələ), Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbimyo (Qarabağ), Viktor İbekoyi (AZAL), Baçana Tsxadadze (İnter), Viktor Mendi (Qəbələ), Con Oluremi (AZAL), Stepan Polyak (Simurq) - 3.