"Qarabağ" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Premyer Liqada "Qəbələ" ilə mayın 2-də baş tutan qarşılaşmanın səhəri günü "Şuşa" ilə görüş baş tutub.
"İnter Arena"da keçirilən qarşılaşmada "Qəbələ" ilə oyunda meydana çıxmayan və meydanda az olanlar meydana çıxıb. "Qarabağ" meydana bu heyətlə çıxıb: Fərhad Vəliyev, Admir Teli, Şəhriyar Əliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Namiq Yusifov, İlqar Qurbanov, Dani Kintana, Danilo Dias, Vüqar Nadirov və Tural İsgəndərov.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Fanat.az