"Qarabağ", "Qəbələ" və "Neftçi"dən örnək addım

"Qarabağ", "Qəbələ" və "Neftçi"dən örnək addım
"Facebook" sosial şəbəkəsində xərçəng xəstəlyindən əziyyət çəkən Nərmin Hüseynlinin xilası üçün müxtəlif yardım aksiyaları keçirilir. Fanat.az xəbər verir ki, artıq 3 Premyer Liqa klubu aksiyaya dəstək verib.
Belə ki, ilk reaksiyalar “Qarabağ” və “Qəbələ” klubundan gəlib. Onlar müxtəlif sayda formalar verəcəklər və bu formalar satışa çıxarılacaq. Satışdan gələn gəlir Nərminin əməliyyatı üçün lazım olan 15 min manatın toplanması üçün yaradılan dəstək fonduna köçürüləcək. Hər iki klubun formalarının üzərində məşqçi və futbolçuların imzaları olacaq.
Ardınca isə "Neftçi" aksiyaya qoşulub. Paytaxt klubu Nərmin Hüseynli, həmçinin Vüqar Feyzulla üçün yaradılan yardım fonduna imzalı formasını təqdim edib. Forma futbolçu və məqşçi heyəti tərəfindən imzalanıb. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, daha 20 futbol formasıyla yardım edəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər