"Qarabağ" "Qəbələ" ilə oyuna tam heyətlə çıxa bilmir. Fanat.az xəbər verir ki, liderliyi geri almaq istəyən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Rəşad Sadıqovun xidmətindən yararlana bilməyəcək.
Bir müddətdi zədədən əziyyət çəkən kapitan "Qəbələ" matçını da buraxacaq. Rəşad hələ oynamağa hazır deyil və daha bir müddət meydandan kənarda qalacaq.
Fanat.az