"Qarabağ" Qəbələyə tam heyətlə getmədi

"Qarabağ" Qəbələyə tam heyətlə getmədi
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" səfərə tam hepyətlə yollana bilməyib. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Nikolas Gelaşvilini Bakıda saxlayıb.
Buna səbəb gürcü forvardın zədəli olmasıdı. Gelaşvili zədə səbəbindən "Qarabağ"ın Premyer Liqadakı son 2 matçını ("Neftçi" və "Bakı") və Gürcüstan yığmasının martın 5-də Lixtenşteynlə yoldaşlıq oyununu buraxıb. Nikolas XXIII turun "Simurq"la oyununda zədə alıb. O, hələ tam hazır olmaq üçün bir həftə də gözləməlidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər