"Qarabağ" Qəbələyə nə vaxt gedəcək?

"Qarabağ" Qəbələyə nə vaxt gedəcək?
"Qarabağ "Qəbələ" ilə Premyer Liqanın XX turunda keçirəcəyi matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"la baş tutan sonuncu tur oyunundan sonra dərhal hazırlıqlara başlayan komanda məşqləri Suraxanı qəsəbə stadionunda keçir.
Komandanın kapitanı Rəşad Sadıqov və hücumçu Nikolas Gelaşvilinin zədəsi davam edir. Onların liderlə oyuna yetişib-yetişməyəcəyi bəlli deyil.
Artıq sabah "Qarabağ" Qəbələyə yollanacaq. Səhər məşq edib Azərbaycanın şimalına yollanacaq komanda Qəbələdə 1 məşqlə kifayətlənəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər